Maide.az

Beynəlxalq Səna hava limanı rəhbəri BMT-yə çağırış etdi

Yəmənin paytaxtı Sənadakı beynəlxalq Səna hava limanının müdiri Xalid əş-Şalih Səudiyyə Ərəbistanı ilə bağlı açıqlama verib.  O, açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı Səna beynəlxalq havalimanına hücum üçün beynəlxalq ictimaiyyəti aldatmağa və cinayətlərinə qanuni haqq qazandırmağa çalışır.    Xalid əş-Şalih başda Birləşmiş Millətlər Təşkilatı olmaqla beynəlxalq qurumları Səna hava limanına görə konkret mövqe nümayiş etdirməyə çağırıb./eastnews.org/