Maide.az

Beynəlxalq Enerji Agentliyi: “Təbii qaz tələbatı artacaq”

Qlobal təbii qaz istehlakı hər il 1,6% artacaq.   “Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında qeyd olunub.   Agentliyin proqnozuna görə, bu artımla 2023-cü ildə qaz tələbatı 4,1 trln. kubmetrə çatacaq.   Qeyd olunub ki, tələbat əsasən Asiya qitəsində artacaq: “Asiya bölgəsində, xüsusilə də Çinin təmiz hava üçün atdığı addımların ölkədəki təbii qaz tələbatının artmasında ən önəmli təsiri olacaq”.   Bundan başqa, IEA-nın proqnozuna görə, sənaye sektorunda da elektrik istehsalı üçün qazın payı artacaq.