Beynəlxalq Amnistiya Təşkilatı Rohingiya müsəlmanlarına qarşı edilən cinayətlərin dayandırılmasını tələb etdi
Beynəlxalq Amnistiya Təşkilatı dünya ictimaiyyətinin Myanmadakı Rohingiya müsəlmanlarına qarşı edilən cinayətləri dayandırmaq üçün dərhal müdaxilə etməsini tələb edən bir bəyanat yayıb. Maide.Az xəbər verir ki, bəyanatda insan haqlarının pozulması səbəbinə görə Myanma hökuməti ilə hərbi əməkdaşlığın dayandırılmasının zəruri olduğu vurğulanıb. Törədilən cinayətlərdə əli olanlara qarşı sanksiya tətbiq edilməsinin vacibliyi önə çəkilən bəyanata peyk şəkilləri vasitəsilə əldə edilən dəlillər əsasında Rohingiya müsəlmanlarının Myanmanı tərk etməyə məcbur edənlərin hökumət qüvvələri olduğunun sübut edildiyi bildirirlir. Bəyanatda Rohingiya müsəlmanlarına qarşı edilən cinayətlərin işgəncə, qətliam və cinsi təcavüz formasında həyata keçirildiyi qeyd edilib.