Maide.az

Beynəlxalq Qüds Günü İmam Xomeyni (r.ə) və Ali Rəhbər Xamenei cənablarının kəlamında

Maide.Az  İmam Xomeyni (r.ə) və Ali Rəhbər Ayətullah Xamenei cənablarının  Beynəlxalq Qüds Günü ilə bağlı kəlamlarını təqdim edir:    İmam Xomeyni (rəhmətullahi əleyh):   - Qüds Günü islami bir gün və ümumi İslam səfərbərliyidir. Mən ümidvaram ki, Qüds Günü "Ümumdünya Məzlumlar Partiyası"nın təşkili üçün müqəddimə olacaq.   - Qüds Günü məzlum xalqların taleyləri həll olmalıdır. Gərək məzlum xalqlar imperialist dövlətlər qarşısında öz varlıqlarını elan etsinlər   - Qüds Günü elə bir gündür ki, gərək hegemon dövlətlərə anladılsın ki, artıq onlar İslam ölkələrinə müsəllət ola bilməzlər.   - Mən Qüds Gününü, İslam günü və Rəsuli-Əkrəm (s) günü kimi dəyərləndirirəm. Qüds Günü biz öz qüvvələrimizi təchiz etməliyik və müsəlmanlar imperializmin onları çəkdiyi izolyasiyadan çıxmalıdırlar.   *** *** ***   Ali Rəhbər Xamenei:   - Özünüzü Qüds Günü mitinqinə hazırlayın. Qüds Günü önəmli və təyinedici günlərdəndir.   - Qüds Günü beynəlxalq bir gündür və yalnız Qüdsə məxsus olan bir gün deyil. Bu gün məzlumların imperialistlərlə mübarizə günüdür.    - Qüds Günü İslamın həyat günüdür. Bu gün İslamı dirçəltmək lazımdır.   - Fələstin azad olacaq. Bunda heç bir şəkk-şübhəniz olmasın.   - Qüds günü islami xarakter daşıyan, beynəlxalq miqyaslı, böyük və əhəmiyyətli bir gündür