Maide.az

Beynəlxalq Bankın Moskvadakı törəməsinin rəhbəri işdən çıxarılıb

Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarılıb. Maide.az apa-ya istinadən xəbər verir ki, onun yerinə hələlik təyinat olmayıb. Bu vəzifənin müvəqqəti idarə olunması Rəfael Abbasova həvalə olunub.   Qeyd edək ki, R. Abbasov 2011-ci ilin dekabrında “ABB-Moskva”nın İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib.   Xatırladaq ki, bir neçə gün əvvəl Maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankda 25-30 fazi ixtisarlar aparılacağı ilə bağlı açıqlama vermişdi.