Maide.az

Beynəlxalq Valyuta Fondunun keçmiş direktoru həbs edilib

Madriddə Beynəlxalq Valyuta Fondunun sabiq vitse-prezidenti həbs edilib.   APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, EFE agentliyinin məlumatına əsasən İspaniyanın keçmiş iqtisadiyyat naziri və “Bankia” maliyyə qrupunun sabiq rəhbəri Rodriqo Rato evinə üç saat keçirilmiş baxışdan sonra saxlanılıb.      Bəzi KİV-lər məlumatına görə, R.Rato baxışdan sonra sərbəst buraxılıb.   Qeyd edək ki, Rodriqo Rato 12 mln avro çirkli pulların yuyulmasında və aktivlərin gizlədilməsində ittiham olunur.  /