Maide.az

Beyin əməliyyatı keçirən şəxs gitara çaldı

Braziliyalı gitaraçı əməliyyat zamanı həkimlərə konsert verdi. Maide.az xəbər verir ki, braziliyalı gitaraçı Antoni Kulkamp Dias beyin əməliyyatı keçirən zaman sevimli gitarasından ayrılmayıb. O həkimlər və tibb bacıları üçün müxtəlif mahnıları ifa edib. 33 yaşlı gitaraçı əməliyyatdan sonra bu sözləri dilə gətirib: “Gitara çalmağım sayəsində əməliyyat zamanı hiss qabiliyyətim oyaq qaldı və həkimlər beynimdəki hiss üzvlərinə zərər dəymədən şişi götürə bildilər”, - deyə Dias söyləyib./