Berlində məscidlərin sayı artır
Almaniyanın paytaxtı Berlində məscidlərin sayı günü-gündən artır. Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada aparılmış yeni araşdırma göstərir ki, bu ölkənin paytaxtında təqribən 300 min müsəlman yaşayır. Hazırda bu ölkənin paytaxtı Berlində 98 məscid və namazxana fəaliyyət göstərir. 12 il öncə isə məscidlərin sayı Berlində 20 ədəd təşkil edirdi.