Berlində ağaclardan kitabxanalar hazırlandı - FOTOLAR
FaktXəbər-in CNN-ə istinadla verdiyi məlumata görə, Berlinin məkəzi küçələrində ağaclardan kitabxanalar hazırlanıb. İnsanlar bu kitabxanalardan gəlib kitab götürür, digərləri isə yerinə təzələrini qoyur. Əslində bu "bookcrossing" hərəkatının bir parçasıdır. «Kitab zənciri» mənasına gələn aksiya zamanı əvvəlcədən müəyyən olunan yerlərə kitablar qoyulur, ordan götürülən kitablar da oxunduqdan sonra müəyyən olunmuş başqa yerlərə qoyulur. Ağac kitabxanalar da bu aksiyanın bir hissəsidir. Yeri gəlmişkən bildirilir ki, kitab rəflərinin təbiətə heç bir ziyanı yoxdur: layihədə vaxtı bitmiş, əvvəlcədən başqa səbəblərə görə kəsilmiş ağaclardan istifadə olunur, sağlam ağaclara isə dəyilmir.