Maide.az

Benzini əvəzləyəcək maddəyə diqqət getdikcə artmaqdadır

Benzindən sonra nəqliyyat vasitəsilərinin enerji ehtiyacını ödəyəcəyi gözlənilən litium elementinə son dövrlərdə ciddi diqqət ayrılır. Litium şirkətləri ilin əvvəlindən etibarən birjada investorlara 13% gəlir təmin edib.   Deyerler.org Hurriyet-ə istinadən xəbər verir ki, CNBC-də dərc olunan bir məqaləyə görə, litium "yeni benzin” adlanır. Markit analitiki Simon Kolvin belə bir açıqlama verib: "Son bir neçə həftədir investorlar litium şirkətlərinin səhmlərinə yönəliblər. İlin əvvəlindən etibarən pulunu litium şirkətlərinin səhmlərinə yatıranlar indidən 13% gəlir əldə ediblər".   Litium sektorunda olan Albemarle adlı firmanın səhmləri isə ilin əvvəlindən etibarən 35% artıb.