Belçika müsəlmanları ən böyük mədəniyyət mərkəzi istifadəyə verəcək
Belçika müsəlmanları bu ölkədə müsəlmanlara məxsus ən böyük mədəniyyət mərkəzinin açılması üçün yardım toplayır. Maide.az xəbər verir ki, bu mərkəz Belçikanın paytaxtı Brukseldə istifadəyə veriləcək. Mədəniyyət Mərəzinin açılması üçün Belçikanın “Rasul-Hanut” birliyi maliyyə yardımı toplamaq üçün kampaniyaya başlayıb. “Rasul-Hanut” birliyi altı il öncə Belçikada yaşayan gənc müsəlmanlar tərəfindən təsis olunub. Birlik ümid edir ki,700 min avro toplamaqla Brukselin Molnbik məhəlləsində bina alacaq və müsəlmanlara məxsus mədəniyyət mərkəzini istifadəyə verəcək. Qeyd edək ki,Belçika müsəlmanları bütün layihələrini əhalinin yardımları ilə həyata keçirirlər./