Maide.az

Belçika Avropada Vəhhabiliyin geniş yayılmasına görə narahatlığını bildirib

Belçika hökuməti bu ölkədə və Avropanın digər ölkələrində Səudiyyə Ərəbistan rejimiin dəstəklədiyi Vəhhabiliyin yayılmasına görə narahatlığını bildirib.    Maide.Az xəbər verir ki, "dstandard " qəzetinin yazdığına görə, Belçikanın Milli Təhlükəsizlik Qurumu olan OCAM  elan edib ki, Səudiyyə Ərəbistan rejimi bu ölkənin məscidlərində Vəhhabiliyini təbliği üçün maliyyə yardımları edir.     “Düşünürük Belçikada  İslami Mərkəzlər və məscidlərin çoxunda Avropanın digər bölgələrində olduğu kimi Vəhhabilik geniş yayılır. Vəhhabilik Səudiyyə Ərəbistanın dəstəklədiyi ifratçı ideologiyadır. Dünyanın hər yerində olan terrorçular bu ideologiyadan ilham alır. İŞİD və digər tərkfirçi terrorçular bu ideologiyadan ilham alaraq digər din mənsublarını “kafir” bilirlər”.   OCAM  bildirib ki, Səudiyyə təhlükəsizlik rəsmiləri və Vəhhabi qurumlar çoxlu pul xərcləməklə Avropa müsəlmanları arasında Vəhhabiliyi yaymağa çalışır.