Maide.az

Belarusun müxalifət lideri fəhlələri tətilə çağırır

Svyatlana Tsikhanouskaya avqustun 21-də yaydığı videoda deyib: “Hamımız birlikdə olsaq, bu rejimin şansı qalmaz”   Belarusun aparıcı müxalifət lideri ölkənin dövlət fabrik və şirkətlərinin fəhlələrini tətili davam etdirməyə çağırır. Məqsəd Prezident Alyaksandr Lukashenka-nı yeni seçki keçirməyə vadar etməkdir.   Svyatlana Tsikhanouskaya avqustun 21-də yaydığı videoda əhalini tətilləri davam etdirməyə və genişləndirməyə çağırıb. “Qorxutma sizi aldatmasın. Hamımız birlikdə olsaq, bu rejimin şansı qalmaz”, – o, sözlərinə əlavə edib.   Son 10 gündə Belarusun ən böyük və əhəmiyyətli dövlət müəssisələrinin çoxunun iş ahəngi pozulub, fəhlələr Lukashenka-ya qarşı çıxan nümayişçilərə qoşulublar. /azadliq.org /