Belarusda etirazçılar polislə əlbəyaxa olub
Belarusda minlərlə etirazçı küçələrə çıxaraq polislə üz-üzə gəlib. Səbəb Prezident Alyaksandr Lukashenka-nın əsas rəqibinin gələn ay keçiriləcək seçkiyə buraxılmamasıdır. Bu arada ölkə liderinin koronavirus pandemiyasını idarə etməsi getdikcə ictimai narazılığı artırmaqdadır. Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 14-də bildirməsinə görə, 9 avqust seçkisinə beş namizəd rəsmən qeydə alınıb. Onlardan biri ölkəni 1994-cü ildən idarə edən 65 yaşlı Lukashenka-dır. Komissiya sədri deyib ki, keçmiş bank meneceri, hazırda həbsdə olan Viktar Babaryka namizədlər siyahısında yoxdur. Babaryka özü və seçki qərargahı ittihamları siyasi motivli sayır. /azadliq.org /