Belarusda etiraz aksiyalarında 40-dan çox adam saxlanılıb
Cümə günü Belarusda keçirilən kütləvi etiraz aksiyaları zamanı 41 nəfər saxlanılıb. Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. “Dünən, sentyabrın 4-də ölkədə ictimai-siyasi kütləvi tədbirlər keçirilib. Kütləvi tədbirlər haqqında qanunvericiliyi pozduğuna görə 41 nəfər tutulub. İnzibati qayda pozuntuları üzrə işlərə məhkəmədə baxılmadan əvvəl 21 nəfər saxlanma məntəqələrinə yerləşdirilib”, - Mətbuat xidmətinin “Telegram”dakı məlumatında deyilir. /RİA Novosti/