Maide.az

Beş il əvvəl itkin düşmüş neftçinin cəsədi tapılıb

2015-ci il dekabrın 5-də “Günəşli” yatağında 10-cu dəniz platformasında baş vermiş partlayış və yanğın nəticəsində itkin düşmüş daha bir neftçinin cəsədi tapılıb.   Bu barədə Turan-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.   Onun sözlərinə görə, həlak olan şəxsin neftçi Elşad Rəsulov olduğu müəyyən edilib. Bu gün cəsəd mərhumun ailəsinə veriləcək.   Xatırladaq ki, 2015-ci il dekabrın 4-də “Günəşli” dəniz yatağının platformasında partlayış və yanğın baş verib. Yanğın zamanı 33 nəfər təxliyə edilib, 30 işçini isə xilas etmək mümkün olmayıb. Sonradan onlardan 12-nin cəsədi tapılıb. Bir ay əvvəl daha iki neftçinin cəsədi tapılıb.