`Beşiktaş` İstanbul derbisində `Qalatasaray`ı məğlub edib - FOTO/VİDEO
Oyunda yeganə qolu Adrian Taliska vurub Futbol üzrə Türkiyə Super Liqasında XXII turun son oyununda "Qalatasaray" və "Beşiktaş" komandaları üz-üzə gəlib. "Report"un məlumatına görə, İstanbul derbisi qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Adrian Taliska vurub. Braziliyalı yarımmüdafiəçi 47-ci dəqiqədə fərqlənib. "Beşiktaş" bu qələbədən sonra 22 oyundan 50 xalla liderliyini möhkəmləndirib. Turnir cədvəlində 3-cü pillədə olan "Qalatasaray"ın 40 xalı var. /