Maide.az

`Beşiktaş` aparıcı futbolçusu ilə müqavilə müddətini uzadıb

Taliska 5 may 2018-ci ilədək qara qartalların heyətində çıxış edəcək   Türkiyənin "Beşiktaş" klubu futbolçu Anderson Taliska ilə müqavilə müddətini daha bir il uzadıb. "Report"un məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasına bildiriş göndərilib.   Yeni anlaşmaya əsasən, Taliska 5 may 2018-ci ilədək "qara qartallar"ın heyətində çıxış edəcək.   Qeyd edək ki, Anderson Taliska ötən mövsümün əvvəlində Portuqaliya "Benfika"sından 2 il müddətinə icarəyə götürülüb. Taliska bu mövsüm göstərdiyi oyunla "Beşiktaş"ın aparıcı futbolçularından birinə çevrilib. /