Maide.az

Beş gün qeyri-iş günü olacaq - Ramazan bayramı tətili

Nazirlər Kabinetinin “2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli qərarına əsasən 2017-ci ildə 26, 27 iyun tarixləri Ramazan bayramıdır.   Bu il Ramazan bayramının bir günü 26 İyun - Silahlı Qüvvələr günü ilə üst-üstə düşür.   Əmək Məcəlləsinə əsasən, bununla əlaqədar 28 iyun da istirahət günü olacaq.   Beləliklə, ölkədə 5 gün ardıcıl (24, 25, 26, 27, 28 iyun) qeyri-iş günüdür. /