Maide.az

BBC: “Taliban” Əfqanıstanın 70 faizində sərbəst fəaliyyət göstərir”

“Taliban” hərəkatı Əfqanıstan ərazisinin 70 faizində sərbəst fəaliyyət göstərir”.   Maide.Az “Report”-a istinadən xəbər verir ki, bu, barədə BBC-nin araşdırmasıda bildirilib.   Əfqanıstanın 14 rayonu “Taliban”ın əlindədir. 263 rayonda isə 2-3 həftədən bir fəallıq göstərirlər. Ölkənin 122 rayonuna isə hakimiyyət nəzarət edir.   Araşdırmaya əsasən, ölkə əhalisinin, təxminən, yarısı - 15 milyona yaxını rayonlarda yaşayır.   Qeyd edək ki, 2016-cı ilin məlumatına görə, Əfqanıstan əhalisinin sayı 34 milyon 660 min nəfərdir. Ölkə 34 əyalətdən, o cümlədən 398 rayondan ibarətdir.