Maide.az

Bazar günü hava necə olacaq?

Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Maide.Az xəbər verir ki, Mlli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-23, Bakıda gecə 12-14, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.   Oktyabrın 11-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.   Havanın temperaturu gecə 9-14, gündüz 19-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.