Bayram günləri yol qəzalarında 5 nəfər ölüb, 41 nəfər xəsarət alıb
Bayram günləri respublika ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya bildirib ki, son üç gündə respublikanın avtomobil yollarında 30 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər ölüb, 41 nəfər xəsarət alıb. K. Əliyev qeyd edib ki, bu gün bayramın sonuncu günü olduğu üçün magistral yollarda nəqliyyatın sıxlığı müşahidə oluna bilər: “Ona görə də sürücülərdən son dərəcə ehtiyatlı olmalarını, sürət həddini aşmamalarını və ötmə əməliyyatlarını yerinə yetirərkən diqqətli olmalarını tövsiyə edirəm”. /