Bayram günləri yol qəzalarında 10 nəfər ölüb, 39 nəfər yaralanıb
Bayram günləri Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Maide.İnfo xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 19-dan 24-dək respublikanın avtomobil yollarında 22 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 10 nəfər ölüb, 39 nəfər xəsarət alıb. /