Maide.az

Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb

"Bayıl sürüşmə zonasında evi olan sakinlər siyahıya alınıblar".   Maide.Az "faktxeber"-ə istinadən xəbər verir ki, bunu açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.   O bildirib ki, artıq siyahıya alınma başa çatıb: "Kimin ailəsində neçə nəfərin olması, məktəbdə yerləşdirilən vətəndaşların sayı dəqiqləşdirilib. Müvafiq prosedurlar yekunlaşan kimi biz işin icrasına başlayacağıq".