Barseolanın futbol ulduzu Mauritaniada məscid tikir
Fransanın milli futbol komandasının oyunçusu və İspaniyanın Barselona futbol klubunun ulduzu Usman Dembele ana vətəni Mauritaniada məscid tikəcək. Maide.Az "İQNA"a istinadən xəbər verir ki, O, bu qərara Fransanın milli futbol komandasının Rusiya beynəlxalq futbol çempionatında qələbəsindən sonra gəlib. O, Mauritanianın cənubunda, öz anadan olduğu Cakili şəhərində məscid tikəcəkdir. Qeyd edək ki, Usman Dembele hələ çox kiçik yaşlarında ikən anası ilə birlikdə Fransaya köçüb.