Maide.az

`Barselona` və `Yuventus` 1/4 finalda

Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulub. keçirilən iki oyunla sonuncu 1/4 finalçıların adı bəlli olub.  “Barselona” öz meydanında “Mançester Siti”ni qəbul edib. Səfərdə keçirdiyi ilk görüşdə 2:1 hesabı ilə qalib gələn kataloniyalılar bu oyunda da rəqibinə şans verməyib. Luis Enrikenin komandası 1:0 hesabı ilə qalib gələrək 1/4  finala adlayıb. “Yuventus” Almaniyada Dortmund “Borussiya”sının qonağı olub. İtaliyada baş tutan ilk matçda 2:1 hesabı ilə qalib gələn turinlilər bu oyunda daha inamlı qələbə qazanıblar – 3:0. Bununla da “qoca sniyora” növbəti mərhələyə yüksəlib. 18 mart Çempionlar Liqası, 1/8 finalın cavab oyunları  “Barselona” (İspaniya) - “Mançester Siti” (İngiltərə)  - 1:0  (İlk oyun - 2:1)  Qol: Rakitiç, 31 (1:0) “Borussiya” (Dortmund, Almaniya) - “Yuventus” (İtaliya)  0:3  (İlk oyun - 1:2)  Qol: Tevez, 3 (0:1), Morata, 70 (0:2), Tevez, 79 (0:3) 18 mart  "Monako" (Fransa) - "Arsenal" (İngiltərə) - 0:2  Qol: Jiru, 36 (0:1), Remsi, 79 (0:2) (İlk oyun - 3:1)  "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:0 (Penatilər seriyası - 3:2) Qol: Suares, 27 (1:0) (İlk oyun - 0:1)