Maide.az

Barselonanın məşqçisi Luis Enrike `vəzifədən gedir`

Barselona klubunun baş məşqçisi Luis Enrike 3 il ərzində komandaya başçılıq etdikdən sonra vəzifəsini tərk edəcəyini bildirib.   "Növbəti mövsumda mən Barselonanın məşqçisi olmayacağam, bu çətin və düşünülmüş qərardır", Sporting klubunu 6:1 hesabı ilə məğlub edən Barselonanın məşqçisi belə deyib.   Luis Enrike vəzifədə daha 3 ay işləyəcəyəni bildirib.   "Hazırda, xüsusilə turnirlərin birində bizim vəziyyətimiz asan deyil, lakin əminəm ki, ümumi səylər nəticəsində onu öz xeyrimizə çevirə bilərik". 2014-cü ildən Barselona klubu 8 titula sahib olub.   Luis Enrikenin rəhbərliyi altında klub, İspaniya çempionatı və Çempionlar Liqasında qələbə qazanıb.   2008-ci ildən 2011-ci ilədək Luis Enrike Barselonanın ehtiyat komandası olan Barselona B klubuna rəhbərlik edib. (bbc)