Maide.az

Baş prokurorun müavini: `Bank sahəsi ilə bağlı şikayətlər artıb`

"Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib".   Bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev deyib.   O bildirib ki, hazırda idarənin icraatında 118 cinayət işi istintaq olunur.   K.Əliyev qeyd edib ki, bank sahəsi ilə bağlı şikayətlər artıb: "Hazırda idarədə mənzil-tikinti sahəsində, bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri barəsində cinayət işləri istintaq olunur".(Report)