Maide.az

Banqladeş İsraili tanımayacağını vurğuladı

Banqladeş Xarici İşlər naziri Əbul Kəlam Əbdülmomin İsrail rejiminin son hərəkətlərini qınayan açıqlama verib.    O vurğulayıb ki, Banqladeş dövləti İsraili heç bir halda tanımayacaq. "Müstəqil Fələstin dövləti qurulmalı və Fələstin xalqının haqları bərpa edilməlidir. Bu olmasa İsraili dövlət olaraq tanımayacağıq", - deyə Əbul Kəlam Əbdülmomin diqqətə çatdırıb.    Əbul Kəlam Əbdülmomin qeyd edib ki, Banqladeş xalqı və dövləti Fələstin xalqına dəstək verməkdən imtina etmək fikrində deyil.  /eastnews.org/