Banqladeşdə daşqınlarda ölənlərin sayı 119-a çatdı
Banqladeşdə musson yağışlarının yaratdığı sel və daşqınlarda ölənlərin sayının 119-a yüksəldiyi bildirilir. Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Banqladeş hökumətinin verdiyi açıqlamada bildirilir ki, son 24 saatda 8 nəfər ölüb. Qeyd edək ki, iyunun 30-dan bəri sel və həddindən artıq yağışın yaratdığı daşqınlarda həyatını itirənlərin sayının 119-a yüksəlib və ölkənin 64 bölgəsindən 21-də yaşayan 10 684 insanın fəlakətdən ziyan görüb. Musson yağışların ziyan vurduğu bölgələrdə 5 mindən çox insanın ishal və çirkli suların yaratdığı xəstəliklərdən əziyyət çəkdiyi qeyd edilir. Qeyri-kommersiya təşkilatının direktoru "COAST Güvən" direktoru M. Rezaul Karimin açıqlamasına görə, yaxın 6 ayda bölgədə ən az 5 milyon insan kəskin qida böhranı ilə üzləşəcək.