Maide.az

Banqladeşdə Şeyx Hasina seçkilərdə üçüncü dəfə qalib gəlib

Banqladeşdə keçirilən parlament seçkilərinin qeyri-rəsmi nəticələri açıqlanıb.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, iqtidardakı Şeyx Hasinanın liderliyindəki Böyük İttifaq seçkilərdə böyük fərqlə qalib gəlib.   Bu ittifaq parlamentdəki 300 mandatdan 281-ni əldə edib.    Müxalifətdəki Kamal Hüseynin Milli Birlik İttifaqı isə sadəcə 6 mandat qazana bilib. Digər partiyaların parlamentdə hansı sayda deputatla təmsil olunacağı rəsmi nəticələr elan olunduqdan sonra bilinəcək.   Qeyd edək ki, Böyük İttifaqın daxil olduğu Avami Birliyi üçüncü dəfə hökuməti quracaq.