Banqladeşdə ictimai nəqliyyat işçiləri tətil etdi, əhali yollarda qaldı
Banqladeşdə ictimai nəqliyyat işçilərinin tətilə çıxması əhalinin gediş-gəlişində çətinlik yaradıb. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, ölkədə ictiami nəqliyyat işçiləri son günlər təsdiq olunan 8 maddəlik Yol Təhlükəsizliyi Aktının tələblərinə etiraz əlaməti olaraq tətilə çıxıb. İctimai nəqliyya tişçilərinin tətil keçirməsi səbəbindən yüz minlərlə insan yollarda qalıb. Paytaxt Dəkkədə tələbələr və işçilər məktəb və iş yerlərinə getməkdə çətinlik çəkib. Yerli kanalların məlumatına görə, 48 saatlıq tətilə çıxan ictimai nəqliyyat işçiləri etiraz yürüşləri də təşkil edib.