Banqladeşdə göyərtəsində 100 sərnişinin olduğu bərə batıb
Banqladeşin cənub-qərbindəki Kumar çayında göyərtəsində 100 sərnişinin olduğu bərə batıb. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, insident paytaxt Dakkadan 65 km aralıda baş verib. Gəminin batmasına səbəb onun digər gəmi ilə toqquşması olub. Ölənlərin olduğu bildirilir. Onlarla insan itkin düşüb. Axtarış-xilasetmə işləri davam etdirilir. (apa) /