Maide.az

Banqladeşdə həcc ziyarətini `boş pul itkisi` adlandıran nazir polisə təslim oldu

Banqladeş paytaxtı Dəkkədə, keçmiş poçt və telekomunikasiya, elm və texnologiya naziri Əbdül Lətif Sidike, müsəlmanlara hörmətsizlik etdiyinə görə qaldırılan iddialardan sonra polisə təslim olub.    Maide.az-ın məlumatına görə, həcc ziyarəti zamanı siyasətçi bildiribmiş ki, Banqladeş nahaq yerə resurlarını itirir, əmək gücünə malik vətəndaşlarını Məkkəyə göndərir.   O deyib ki, "Həcc zamanı boş yerə əmək qabiliyyəti olan insanlar göndərilir, 2 milyondan artıq insan Səudiyyə Ərəbistanına yola düşür. Bu zaman ərzində onlar işləmirlər, heç bir xeyir vermirlər."   Banqladeş polisi həbs faktını təsdiqləyib. Bildirilir ki, keçmiş nazir girov qoyduqdan sonra buraxıla bilər.//