Maide.az

Bank krediti daha bir can aldı

Bu gecə Ağdaş rayonunda intihar hadisəsi baş verib.   Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, 1986-cı il təvəllüdlü iki uşaq atası Ağdaş rayon sakini Allahverdiyev Taleh Nizami oğlu yaşadığı evdə özünü asıb.   Ağdaş rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.   Deyilənə görə, intihara səbəb işsizlik və banklara olan külli miqdarda borc olub./