Maide.az

İş başında 45 min işçi öldürülüb - Əfqanıstanda

Əfqanıstan prezidenti Əşrəf Qani son 4 ildə ölkəsində ölən təhlükəsizlik xidmətinin əməkdaşlarının sayını açıqlayıb.   Maide.Az "Sputnik"-ə istinadla xəbər verir ki, prezident bu illərdə 45 min işçinin vəzifəsini yerinə yetirərkən dünyasını dəyişdiyini vurğulayıb. Əşrəf Qani İsveçrənin Davos şəhərində keçirilən "49-uncu Beynəlxalq Dünya İqtisadi Forumun"nda belə deyib.   Əfqanıstan hökuməti ilə Taliban arasında olan problemlərin siyasi yola həllinin vacibliyinə diqqət çəkən prezident bu istiqamətdə ABŞ-ın dəstəyindən də danışıb.   "Talibanın əsas yuvası Pakistandır. Bu olaylarda Pakistan təqsirlidir" – deyə Ə.Qani əlavə edib.