Maide.az

Balıq ovunun qadağan olunduğu yerlər açıqlanıb

Azərbaycanda balıq və digər su bioresurslarının sənaye ovunun şərtləri açıqlanıb.   Maide.İnfo APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda əksini tapıb.   Qaydaya əsasən bütün il boyu aşağıdakı yerlərdə balıq və digər su bioresurslarının sənaye ovu qadağandır:   - Kür çayının mənsəbinin qarşısındakı sahələrdə: çayın mənsəbinin sağ sahilindən Cənub-Şərq Qoltuq yaşayış məntəqəsi  istiqamətindəki dəniz ləpədöyəninə qədər düz xətt üzrə 9 km-lik məsafədə, çayın mənsəbinin sol sahilindən Şimal-Şərq Qoltuq yaşayış  məntəqəsi istiqamətindəki dəniz ləpədöyəninə qədər 9 km-lik məsafədə və bu kənar nöqtələrdən orta dəniz ləpədöyəni ilə Xəzər  dənizinin dərinliyinə doğru 7 km-lik sahədə;   - Dəniz ləpədöyənindən Kür çayından əsas qolun (Bala Kür) ayrıldığı ərazilərə kimi, Sabirabad rayonunun Bala Həşimxanlı kəndindən Varvara SES-in bəndinə qədər olan sahədə;   - Araz çayında su anbarı istisna olmaqla bütün çay boyu;   - Su bəndləri, şlüzlər və körpülərdən 500 metr məsafəyədək ərazilərdə.   Aşağıda göstərilən müddətlərdə və yerlərdə balıq və digər su bioresurslarının sənaye ovuna icazə verilir:   Balıqçılıq və su obyektləri Ov alətləri Ova icazə verilən müddətlər 1 2 3   Xəzər dənizində (gölündə)   Axçalı və siyənək balıqlarının ovu dayanan diktorbalı torlar və tələ quruluşlu digər ov alətləri yanvarın 1-dən mayın 1-nə kimi  və sentyabrın 1-dən dekabrın 31-nə kimi   Meliorativ kollektorların mənsəbində və məcrasında bu Qaydalarla müəyyən edilmiş və istifadəsi mümkün olan bütün ov alətləri il boyu   Gəmilərlə kilkə ovu  konus tor və nasoslar yanvarın 1-dən mayın 1-nə kimi  və iyunun 1-dən dekabrın 31-nə kimi   1 2 3   Siyənək  və axçalı balıqların ovu  Siyənək torları  fevralın 1-dən mayın 1-nə kimi   Sahil kilkəsinin ovu dayanan diktorbalı torlar yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 15-dən dekabrın 31-nə kimi   Kefal və digər axçalı balıqların ovu cibli kefal torları yanvarın 1-dən mayın 1-nə kimi  və sentyabrın 1-dən dekabrın 31-nə kimi   H.Z.Tağıyev adına qəsəbədən Rusiya Federasiyasının sərhəd-lərinə qədər olan sahil-boyu ərazilərdə siyənək və axçalı balıqların ovu atılan dəniz diktorbalı toru martın 1-dən aprelin 15-nə kimi   Xərçəng və krevet ovu xərçəngtoplayan   mayın 1-dən noyabrın 1-nə kimi   Kür çayında   Nərə cinsli, axçalı və qızıl balıqların ovu   atılan diktorbalı torlar və üzən çay torları ilə yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi   Kür çayının əlavə sularında axçalı balıqların ovu  üzən çay torları ilə yanvarın 1-dən martın 1-nə kimi  və sentyabrın 1-dən dekabrın 31-nə kimi   Göllərdə   Candargöl və Sarısu göllər sisteminə daxil olan su obyektlərində axçalı balıqların ovu göl venterləri və axçalı balıq torları yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi   Su anbarlarında   Mingəçevir, Şəmkir, Araz, Ağstafa və Varvara su anbarlarında axçalı balıqların ovu göl venterləri və axçalı balıq torları yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi   Mingəçevir, Araz və Varvara su anbarlarında xərçəng ovu ixtisaslaşdırılmış ov alətləri mayın 1-dən noyabrın 1-nə kimi                 Aşağıdakı ərazilərdə və müddətlərdə balıq və digər su bioresurslarının sənaye balıq ovu qadağandır:   - Şabran limanını dəniz ilə birləşdirən mənsəbyanı sahədə hər iki tərəfə 1 km, dənizin içərisinə doğru 2 km-lik ərazidə yanvarın 1-dən  avqustun 15-nə kimi;   - Kür çayının qadağan sahəsinin şimal sərhədindən Sabirabad rayonunun Bala Həşimxanlı kəndinə qədər olan sahədə aprelin 1-dən  mayın 31-nə kimi;   - Böyük Qızılağac körfəzinin sahələrində: Kür dilinin cənub qurtaracağından Kiçik Qızılağac körfəzinin suburaxma kanalının sərhədinə qədər olan ərazilərdə mayın 1-dən 31-nə kimi;   - Kiçik Qızılağac körfəzinin balıqkeçirici kanalından 1 km şimala və 1 km cənuba, habelə dənizin içərisinə doğru 3 km ərazilərdə fevralın 1-dən mayın 1-nə kimi.