Maide.az

Balaxanı yolunda hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

 Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Qismən məhdudlaşma 2 gün ərzində qüvvədə olacaq.    Maide.Az xəbər verir ki, "Azəravtoyol" ASC-dən verilən məlumata görə, məhdudiyyət 2 gün ərzində qüvvədə olacaq.   Qurumdan verilən məlumatda qeyd olunur ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur. /