Maide.az

Bağlanan banklardakı əmanətlərin qaytarılma vaxtı ELAN OLUNDU

“Bağlanan banklarda olan əmanətçilər narahat olmasınlar. Cari ayın sonuna, maksimum iyunun 1-dək proses tam yekunlaşacaq və onların əmanətlərinin geri qaytarılması təmin olunacaq”.   Maide.Az Modern.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.   E.Rüstəmov deyib ki, qanunvericilikə nəzərdə tutulan müddət 3 aydır:   “Amma biz çalışacağıq ki, vətəndaşlar üçün problem olmasın və maksimum tez bir zamanda onların vəsaitlərini özlərinə qaytaraq”.