Maide.az

Bakı yollarında nisbi sıxlıq yaranıb

Bu gün Bakı yollarında nəqliyyat vasitələrinin hərəkətində nisbi sıxlıq müşahidə edilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Maide.az-a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesində (Bakı Beynəlxalq Avtovağzalı qarşısında, paytaxta doğru), Heydər Əliyev prospekti (mərkəzə doğru), Yusif Səfərov küçəsi, Abbasqulu ağa Bakıxanov küçəsi ("Gənclik" metrosu istiqamətində) və Ziya Bünyadov prospektində sıxlıq qeydə alınıb.