Maide.az

Bakı sakininin başına binadan daş düşüb

Bakının Səbail rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.   Maide.Az xəbər verir ki, "Report"-un məlumatına görə, İstiqlaliyyət küçəsi ilə hərəkətdə olan 1990-ci il təvəllüdlü Aydınov Vüsal Vahid oğlu binalardan birinin qarşısından keçən zaman onun başına yuxarıdan daş düşüb.   O, qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.   Fakt üzrə araşdırma aparılır.