Maide.az

Bakının Nərimanov rayonunda su kəsiləcək

Bu gün Bakının Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.    Maide.Az bildirir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.   Məlumata görə, fasilə Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilməsi ilə əlaqədardır.   Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.