Maide.az

Bakının məşhur göydələnində yanğın oldu

Yasamal rayonunda İsmail bəy Qutqaşenlı küçəsində yerləşən “Altes Plaza”-nın 8-ci mərtəbəsində yanğın baş verib.   ONA xəbər verir ki, yanğın məişət tullantıları olan eyvanda başlayıb.    FHN-nin yaxınlığda yerləşən 29№ yanğın mühafizə bölməsi hadisə yerinə 3 texnika və canlı qüvvəsini göndərib. Ümumi səylər nəticəsində yanğının qarşısı alınıb, alovun evin içərisinə keçməyə imkan verilməyib.    “Altes Plaza” təhlükəsizlik xidmətinin rəisi ONA-ya verdiyi məlumata görə, yanğın eyvana tullanmış siqaret kötüyündən başlayıb.   Hadisə zamanı evdə heç kəs olmayıb.