Maide.az

Bakının mərkəzində yanğın: ölən var

Bakının mərkəzində güclü yanğın baş verib.   Lent.az-ın məlumatına görə, Nizami metrosunun yaxınlığında, Cəfər Cabbarlı küçəsi 36-da yerləşən iki mərtəbəli yaşayış məntəqəsinin zirzəmisində yerləşən sexdə yanğın olub.   Yanğın zamanı 1 nəfərin meyiti tapılıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlər gəlib. Hələlik meyitin kimliyi məlum deyil. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.