Maide.az

Bakının mərkəzini üfunət bürüdü - FOTO

Bakının Şıxəli Qurbanov küçəsində kanalizasiya daşıb.    Daşan çirkli su metronun "Nizami" stansiyasının qarşısı ilə üzü aşağı axaraq üfunətli mənzərə yaradıb.   "Azərsu" ASC-nin Yasamal Rayon Su-Kanal İdarəsindən Milli.Az-a bildiriblər ki, ərazidə kanalizasiya xəttində tıxanma baş verib. Nəticədə su daşaraq ətrafa yayılıb. Hazırda idarənin əməkdaşları qəzanın nəticələrini aradan qaldırmağa çalışırlar. Hələlik problemin nə zaman aradan qaldırılacağı məlum deyil.