Bakının mərkəzində tıxac yaranıb
Bu dəqiqələrdə Bakı şəhərində iki istiqamətdə avtomobillərin sıxlığı müşahidə edilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, hazırda İnşaatçılar prospektində ( Dövlət Statistika Komitəsinin binası qarşısında) və Bakı-Sumqayıt şosesində (paytaxt istiqamətində) nəqliyyat vasitələrinin tıxacı qeydə alınıb.