Maide.az

Bakının iki rayonunda təbii qaz olmayacaq

Bu gün Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.   Maide.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.     Aşkar olunmuş qaz sızmasının ləğv olunması və payız –qış mövsümünə hazırlıqla əlaqədar cari təmir işləri aparıldığından, sentyabr ın 30-da saat 09:00-dan 18:00-dək Nizami rayonunun 8-ci km qəsəbəsi və ətraf ərazinin  bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.   Aparılan işlərin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.