Bakının daha bir mərkəzi yolu bağlanıb (foto)
Tbilisi prospekti - kənar yolda Cavadxan küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində aparılan təmir işləri ilə əlaqədar (yol genişlənməsi) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) SalamNews-a verilən məlumata görə, sürücülərdən alternativ olaraq Tbilisi prospekti - Əsas yoldan (yol ötürücüsü ilə) və Cavadxan küçəsindən istifadə etmələri tövsiyə olunur. /