Maide.az

Bakının bu rayonunda su olmayacaq

Bakının Qaradağ rayonunda su olmayacaq.   "Azərsu" ASC-dən Milli.Az-a verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 31 oktyabr 2018-ci il tarixində gün ərzində Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Puta, Korgöz və Lökbatan qəsəbələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.   Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.