Bakının bu rayonunda qaz olmayacaq
Bu gün saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Bahar Enerji Əməliyyat Şirkəti əsas ölçü qovşağı"nda cari təmir işləri aparılacaq. Maide.Az SOCAR-a istinadən xəbər verir ki, aparılan işlərin Bakı şəhəri Xətai rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. /